“ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan imtina edir və Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların mümkünsüzlüyünü qanuniləşdirib”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ikinci “Rusiya-Afrika” sammitinin plenar iclasında bildirib.
“Bütün ziddiyyətlər danışıqlar zamanı həll edilməlidir, lakin problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. Münaqişənin əsasını ABŞ və NATO-nun Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratması təşkil edir və onlar danışıqlardan imtina edirlər”, – deyə Putin bildirib.
Putin qeyd edib ki, o, dəfələrlə Rusiyanın danışıqlara hazır olduğunu bəyan edib, lakin Moskva ABŞ, NATO və Ukraynanı danışıqlara məcbur edə bilməz.
Yeganə





