ABŞ əsas neft istehlak edən ölkələrlə birləşərək kartel kimi bir şey yaratmaq istəyir.
Elchi.az xəbər verir ki, bunu Yaponiyanın Şimali Asiya İqtisadi Tədqiqat İnstitutunun tədqiqatçısı Toşihiro Suqiura deyib.
“ABŞ və Çin arasında diplomatik münasibətlər çətin günlərdən keçir, lakin hər iki ölkənin neft istehlakçısı olması nöqteyi-nəzərindən eyni mövqedən çıxış edirlər. Bu mənada onların əməkdaşlığı rasionaldır. ABŞ nəsə yaratmaq istəyir. Amma bu, Amerika qanunları baxımından problemlidir, ona görə də onlar özləri belə bir kartelə rəhbərlik edə bilməzlər. Onlar istəyirlər ki, əvvəlcə öz dövlət neft ehtiyatlarını açmaqla, digər neft istehlakçı ölkələri əməkdaşlıq üçün eyni “gəmiyə” qoysunlar”, – Suqiura qeyd edib.




