Vaşinqton gözünü neftlə zəngin Venesuelaya dikib və bu ölkənin enerji resurslarını istənilən yolla əldə etməyə hazırdır.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikri “Rebelion” qəzetinin yazarı Edelberto Lopez Blan bildirib.
Jurnalist xatırladıb ki, Venesuela hakimiyyəti ölkədə bütün neft hasilatına nəzarət edir və onun fikrincə, bu vəziyyət ABŞ-a qətiyyən yaraşmır.
“Belə “müstəqillik” təbii ki, 25 ilə yaxındır ki, beynəlxalq şirkətləri və bu əmanətlərdən istifadə edə bilməyən ABŞ hökumətini bezdirib”, – jurnalist bildirib.
Məqalədə həmçinin Venesuela Vahid Sosialist Partiyasının birinci vitse-prezidenti Diosdado Kabellonun Vaşinqtonun Karakasa qarşı sanksiyalarının yalnız ölkənin neft yataqlarını ələ keçirmək üçün tətbiq edildiyinə inandığına istinad edilir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Venesuela iqtisadiyyatının müstəqilliyinə töhfə verəcəyini bildirmişdi.
Nuranə Məmmədova




