Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağında müharibədən sonrakı planı ilə bağlı hələlik təfərrüata malik olmadıqlarını qeyd edərək, nəzərdən keçirilən planla bağlı şərh verməkdən çəkinib.
Elchi.az xəbər verir ki, Ağ Evin xarici siyasət üzrə yüksək səviyyəli ekspertlərindən biri olan milli təhlükəsizlik müşaviri Con Kirbi onlayn mətbuat brifinqində Qəzza zolağındakı son vəziyyət və Netanyahunun müharibədən sonrakı planı ilə bağlı xəbərləri müzakirə edib.
Kirbi Netanyahunun müharibədən sonrakı Qəzza planının təfərrüatlarını onun yox, İsrail hökumətinin bildiyini deyib və planla bağlı sualları İsrailə yönləndirib.
Yalnız ABŞ-ın məsələ ilə bağlı mövqeyi ilə bağlı əvvəlki açıqlamalarını təkrarlayan Kirbi Netanyahunun planını şərh etməməyi üstün tutub.
Nuranə Məmmədova






