"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ Nümayəndələr Palatasının hüquqi əsası olmayan addımının arxasında məkrli niyyət dayanır

04 Noyabr 2019 - 16:56
in SİYASƏT

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Kaliforniyadan olan millət vəkili, Demokratlar Partiyasının ermənipərəst üzvü Adam Şiff tərəfindən  saxta “erməni soyqırımı” ilə bağlı təqdim olunan qətnamə layihəsinin lehinə demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında 223 nəfər, əleyhinə isə 191 nəfər səs verib. Respublikaçılar isə sənədə qarşı çıxıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Nümayəndələr Palatasının saxta “erməni soyqırımı”nı rəsmi olaraq tanıması təsadüfü sayıla bilməz. Bundan əsas məqsəd rəsmi Ankaraya təzyiq göstərmək, habelə ermənipərəst mövqe sərgiləmək, erməni və kürdlərin onları dəstəkləyən qüvvələr tərəfindən müdafiə olunması mesajını verməkdir.

Bu sözləri Elchi.az-a  açıqlamasında YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, Nümayəndələr Palatasının hüquqi əsası olmayan bu qərəzli addımı Türkiyə tərəfindən narazılıqla, sərt bir formada qarşılanıb. Bununla belə, Senat və Prezident sənədi təsdiq etmədiyindən bu qətnamə layihəsi ABŞ hökuməti və Dövlət Departamentinin Ankaraya yönəlik siyasətinə ciddi təsir göstərə bilməz. Çünki  Nümayəndələr Palatasının sözügedən ədalətsiz qərarı yuxarıda vurğuladığım kimi, əsasən rəsmi Ankaraya təzyiq xarakteri daşıyır. Digər tərəfdən, qeyd edim ki,  hazırda sözügedən sənəd təkcə Nümayəndələr Palatasının mövqeyini ortaya qoyur.

Arzuman Muradlı daha sonra vurğulayıb ki, qanun layihəsi yalnız o zaman qüvvəyə minir ki, sənəd Nümayəndələr Palatası ilə yanaşı, Senat tərəfindən də qəbul olunsun. Prosedura əsasən, ancaq bundan sonra o, prezidentin imzası ilə qanuniləşir və hüquqi  qüvvəyə minir.

Politoloq qeyd edib ki, ABŞ prezidenti uydurma “erməni soyqırımı”nı tanımayacaq. Bu da səbəbsiz deyil. Çünki, əslində,  rəsmi Vaşinqtonu heç də  ermənilərin taleyi, başqa sözlə, saxta “erməni soyqırımı” maraqlandırmır. Onlar bu yolla, sadəcə, Ankaraya təzyiq göstərməyə çalışırlar. Bütün bunlar, həm də Nümayəndələr Palatasının qərarının Türkiyəyə qarşı nə qədər qərəzli olduğunu bir daha söyləməyə əsas verir. Lakin istənilən halda, Türkiyə hər kəs, o cümlədən,  ABŞ üçün cəlbedici tərəfdaşdır. Bu baxımdan, “soyqırımı oyunları” ilə Ankaranı qorxutmaq, onu yolundan çəkindirmək, öz təsiri altına salmaq mümkün deyil.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vilayət Eyvazovdan yeni təyinat

Next Post

ZAKİR QARALOVDAN YENİ TƏYİNAT – Baş İdarəyə rəis müavini təyin etdi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
ZAKİR QARALOVDAN YENİ TƏYİNAT –  Baş İdarəyə rəis müavini təyin etdi

ZAKİR QARALOVDAN YENİ TƏYİNAT – Baş İdarəyə rəis müavini təyin etdi

Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.