ABŞ-ın Fars körfəzindəki bütün qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi özünün ABŞ Müdafiə Nazirliyindəki etibarlı mənbəsinə istinadən yayıb. Ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsinə səbəb Tehranla Vaşinqton münasibətlərində yaranan gərginlik olub.
Qeyd edək ki, Tramp administrasiyası İrana qarşı sərt münasibəti ilə seçilir. Ağ Ev İranla imzalanan nüvə müqaviləsini qəbul etmir. Üstəlik, ABŞ Prezidenti Donald Tramp İranı bir nömrəli terrorçu adlandırıb.