ABŞ-da konqresmenlər ölkənin müdafiə naziri Lloyd Ostinin gizli xəstəxanaya yerləşdirilməsindən sonra izahat tələb ediblər. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Nəşrin yazdığı kimi, ABŞ Senatında və Nümayəndələr Palatasındakı hər iki partiyanın nümayəndələri Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı mövcud məlumatdan narazıdırlar. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin demokrat üzvü Set Moulton deyib: “Bunun müdafiə nazirinin başına gəlməsi – və onun öz müavininin, hətta prezidentin də bilməməsi – heyrətləndiricidir”.
Respublikaçı senator Syuzan Kollinz Pentaqonun rəhbərinin bir neçə gündür yoxa çıxmasını dünyada mövcud vəziyyəti nəzərə alsaq, izaholunmaz adlandırıb. O qeyd edib ki, Yaxın Şərqdəki ABŞ ordusu müntəzəm olaraq hücuma məruz qalır.
Havar Şəfiyeva






