"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ prezidentliyinə iddiaçı Anar Məmmədovdan 2,5 milyon dollar alıb

30 İyul 2015 - 11:24
in XƏBƏR LENTİ

ABŞ prezidentliyinə iddiaçı Anar Məmmədovdan 2,5 milyon dollar alıb

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ-da respublikaçıların prezidentliyə hazırda ən reytinqli iddiaçısı olan tikinti maqnatı, milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə kəskin tənqidə məruz qalıb.

Virtualaz.org saytı xəbər verir ki, “Mother Jones” jurnalı bugünkü buraxılışında “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma dərc edib.

“Mother Jones” həftənin 7 günü, sutkanın 24 saatı operativ xəbərlər yayan qeyri-kommersiya online jurnalıdır. Ayda iki dəfə çap versiyası çıxır və 8 milyon tirajla satılır.

Jurnal yazır ki, Donald Tramp “öz vəzifəsindən ailəsinin varlanması üçün istifadə etməkdə” ittiham olunan Azərbaycan hökumət məmurunun oğlu ilə əməkdaşlıq edir.

Donald Trampın adını daşıyan dəbdəbəli otellər dünyanın bir çox şəhərlərində var. Ancaq onlardan biri diqqəti xüsusi cəlb edir.

“Bu da neftlə zəngin Azərbaycanın paytaxtında ucalan “Tramp Hotel”dir. Trampın biznes-müttəfiqi 34 yaşlı pleyboy-milyarderdir, onun atası Azərbaycanın nəqliyyat naziridir. KİV-lərin yazdığına görə, Məmmədovların sərvəti atasının siyasi əlaqələrinin nəticəsidir”– deyə jurnal yazır.

“Mother Jones” qeyd edir ki, neft milyardları sayəsində Bakı son onillikdə tanınmaz dərəcədə dəyişib. Bir-birinin ardınca ucalan göydələnlərdən biri də yelkən formasında tikilən 33 mərtəbəli “TrampTowers” otelidir. Otelin əvvəlcə ötən ay açılması planlaşdırılmışdı, lakin otelin mətbuat katibi deyib ki, açılış bu ilin sonunda olacaq.

2014-cü ildə D.Tramp bəyan edib ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. D.Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də ona məxsus deyil. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holding” tərəfindən tikilib və onun şirkətinə məxsusdur.

Lakin Tramp adının bu oteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon qazanıb. ABŞ prezidentliyinə iddiaçı kimi bu yaxınlarda açıqladığı maliyyə hesabatına əsasən Donald Tramp ən azından ötən il Bakıdakı otellə bağlı işlərə görə 2,5 milyon dollar alıb. Otel Trampın dəbdəbəli otellər zəncirinin bir hissəsi kimi idarə olunacaq.

Maliyyə sənədlərindən məlum olur ki, Anar Məmmədovun otelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir.

“Mother Jones” qeyd edir ki, Donald Trampın mətbuat katibi onun Anar Məmmədovla işgüzar münasibətlərinə dair suallara cavab verməkdən imtina edib.

“Anar Məmmədov isə dəyəri 1 milyard dollardan çox olan “Garant Holding”in idarə heyətinin sədridir. Onun atası Ziya Məmmədov Azərbaycan hökumətinin ən güclü və nüfuzlu məmurlarından biri hesab olunur”– deyə jurnal yazır.

Məqalədə Məmmədovun ABŞ-dakı lobbiçilik fəaliyyəti də xatırladılır.

“Tramp kimi Məmmədov da koloritli fiqurdur. Təhsilini Londonda alıb, ölkəsinin qolf federasiyasının rəhbəridir və öz veb-saytında iddia edir ki, “liderlik, qərarların qəbulu, strategiyalar, beynəlxalq işlər, siyasət, rabitə, insan haqları, ətraf mühitin mühafizəsi, vəsaitlərin cəlb edilməsi, ictimaiyyətlə əlaqələr, sponsorluq münasibətləri və publika qarşısında çıxışlar” sahəsində geniş təcrübəyə malikdir”- deyə məqalədə bildirilir.

Amerika jurnalı Məmmədovun adının Azərbaycanın müxalifət qəzetlərində tez-tez qalmaqallarda çəkildiyini də yada alır. Bura onun 1 milyon dollara ayı kəsdirib ətini kabab bişirməsi barədə məşhur iddia da daxildir. Məmmədov bu hekayələri dəfələrlə təkzib edib və ondan yazan qəzetləri məhkəməyə verib.

“Mother Jones” A.Məmmədov haqda sualları onun lobbi təşkilatına – Azərbaycan Amerika Alyansına göndərib, lakin suallara cavab verilməyib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə regional kəşfiyyat şöbəsinə hücum olub

Next Post

Bu gündən ixtisas seçimi başlayır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu gündən ixtisas seçimi başlayır

Kim Çen İndən daha bir şok addım- Müharibəyə hazırlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.