ABŞ hökuməti 2015-ci il üçün müdafiə xərcləri üçün 585 milyard dollarlıq büdcə ayırmaq qərarı verib.Avropa.info xəbər verir ki, bu qərarın əsas səbəbi olaraq IŞİD-dən müdafiə göstərilib.
Konqresdə 119-a qarşı 300 səslə keçən layihədə, IŞİD-ə qarşı hava hücumları üçün 5 milyard dollarlıq büdcə nəzərdə tutulur. İraqa 1500 nəfərlik əlavə hərbçi göndərən ABŞ , layihədə yenə İraqa təlim və avadanlıq yardımı üçün 1,6 milyard dollar ayrıb.
Ümumiyyətlə, layihədə Amerika ordusu üçün 521,3 milyard dollar, Əfqanıstan və İraqda xaric əməliyyatlar üçün 63,7 milyard dollar büdcə nəzərdə tutur.



