ABŞ prezidenti Co Bayden Qəzza zolağı və İordan çayının qərb sahilindəki mülki şəxslərə 100 milyon dollarlıq humanitar yardım göstərilməsi barədə göstəriş verib. Elchi.az bu barədə Ria Novostiyə istinadən xəbər verir.
Amerika lideri Tel-Əvivdə mətbuat konfransı zamanı deyib: “Bu gün mən həmçinin Qəzzaya və İordan çayının qərb sahilinə bir milyondan çox məcburi köçkün fələstinliyə kömək edəcək əlavə 100 milyon dollarlıq humanitar yardımı elan edirəm”.
Bundan əvvəl Bayden İsrailə gəlib. Ağ Evin məlumatına görə, prezident təyyarəsi yerli vaxtla saat 10:51-də İsrailin Ben Qurion hava limanına enib.
Havar Şəfiyeva






