İran prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatı liderlərinin toplantısında iştirak edəcəyi Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl ABŞ-ın Qəzzada atəşkəsi pozduğunu bildirib.
Elchi.az bu barədə En.mehrnews.com-a istinadən xəbər verir.
“Dünya ABŞ-ın əsl simasını tanımalıdır. Biz düşməni bilməliyik. İnsanlar başda İslam ümməti olmaqla bu görüşü gözləyirlər. İslam ölkələri bir araya gələrək Fələstinlə bağlı qəti qərar verməlidir. Fələstin məsələsi yalnız konfransda mövqe bildirmək və ifadə etmək üçün deyil”,- deyə Rəisi qeyd edib.
İran prezidenti əlavə edib ki, bombardmanları dayandırmaq, Qəzzanın blokadasını aradan qaldırmaq lazımdır. O, qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının yaradılmasında məqsəd həm də Fələstin məsələsinin həllidir.
“Həmin görüş zamanı biz Fələstin məsələsində İslam ölkələrinin birliyinin və yaxınlaşmasının şahidi olacağıq”, – deyə İran prezidenti əlavə edib.
Yeganə






