ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Misirin Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməsinə veto qoyub.
Oxu.Az-ın xəbərinə görə, sənəddə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının təəssüf doğurduğu bildirilib. Qətnamədə ABŞ-ın adı olmayıb.
Sənədə əsasən, Qüdsün statusuna dair hər hansı qərar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.



