Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynada qələbə qazanacağı təqdirdə ABŞ və Rusiya arasında hərbi münaqişənin yaranma ehtimalını yüksək hesab edib. Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
“Rusiya prezidenti Vladimir Putin Ukraynada strateji qələbə qazanarsa, ABŞ ordusu çox güman ki, işə qarışmalı olacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, Kirbi bundan əvvəl Ukraynanın Rusiya ilə münaqişədə məğlubiyyət riskini qiymətləndirib. Onun fikrincə, Ukrayna tərəfinin uduzma ehtimalı yüksəkdir.
Havar Şəfiyeva






