ABŞ və müttəfiqləri Rusiyanın onun təxribatlarına təmkinlə reaksiya verməsindən məmnun olmalıdırlar. Elchi.az xəbər verir ki, bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “YouTube” kanalı “Daniel Davis/Deep Dive”-ə müsahibəsində bildirib.
O qeyd edib ki, Vaşinqton Moskvanı təxribata cəlb etməyə çalışır. “Bizim üçün yaxşı xəbər odur ki, ruslar “ təşəkkür edirəm” deyirlər və inanılmaz təmkin nümayiş etdirirlər. Makqreqor etiraf edib ki, Rusiya eyni ruhda davam edəcək.
Polkovnik Rusiya prezidenti Vladimir Putinin Qərbi Avropa ilə sülh münasibətlərinə sadiq olduğuna əmin olduğunu bildirib.
Havar Şəfiyeva






