Elchi.az xəbər verir ki, Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) aprelin 3-də yaydığı hesabata görə Rusiya qüvvələri Artemovsk şəhərinin mərkəzi hissəsində (Ukrayna adı Baxmutdur) irəliləyir.
Nəşr qeyd edir ki, “Vaqner” özəl hərbi şirkətinin (PMC) əməkdaşları Artemovsk administrasiyasını nəzarətə götürüblər.
ISW analitiklərinin xatırlatdığı kimi, aprelin 3-də şəhərin mərkəzindəki inzibati binanın üzərində Rusiya bayraqlarının yerləşdirildiyi barədə məlumat yayılıb.
ISW bildirir ki,, rus döyüşçüləri şəhərin mərkəzində mövqelərini möhkəmləndirməyə davam edəcək və Xromovo istiqamətində şəhər ərazilərindən keçərək qərbə doğru irəliləməyə çalışacaqlar.
Bundan əvvəl Donetsk Xalq Respublikasının rəhbəri səlahiyyətlərini icra edən Denis Puşilin Rusiya Silahlı Qüvvələrinin Artemovskdakı dəmiryol vağzalına az qala yaxınlaşdığını bildirib.
Eyni zamanda, aprelin 1-də ABŞ Dəniz Piyadaları Korpusunun təqaüdçü kəşfiyyatçısı Scott Ritter bildirmişdi ki, Artemivsk yaxınlığında Ukrayna ordusunun məğlubiyyəti Kiyevin bir neçə böyük ərazi üzərində nəzarəti itirməsinə səbəb ola bilər.
Şayəstə





