Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Cak Heygel bu ölkənin işğal olunmuş əraziləri ilə bağlı
ölkəsinin mövqeyini aydın şəkildə bəyan edib. musavat.com-un gürcü mənbəyinə istinadən verdiyi xəbərə görə, Pentaqon başçısı Rusiyanı öz qoşunlarını bu ərazilərdən bütünlüklə çıxarmağa çağırıb.
ölkəsinin mövqeyini aydın şəkildə bəyan edib. musavat.com-un gürcü mənbəyinə istinadən verdiyi xəbərə görə, Pentaqon başçısı Rusiyanı öz qoşunlarını bu ərazilərdən bütünlüklə çıxarmağa çağırıb.Onun sözlərinə görə, Amerika rəsmi Tiflisin Moskvaya münasibətdə ehtiyatlı mövqeyini alqışlayır. “Hazırda Ukraynanın şərqində müşahidə elədiyimiz kampaniya, həmçinin də Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Rusiyanın hərəkətləri regional təhlükəsizliyə böyük təhlükədir”, – deyə Heygel qeyd edib.



