Onlar bunu prezident seçkiləri ərəfəsində etməyi planlaşdırırlar.
Elchi.az xəbər verir ki, ABŞ 2024-cü il prezident seçkiləri öncəsi Rusiyada daxili siyasi vəziyyəti pozmağı qarşısına məqsəd qoyub, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
“Suveren ölkələrin daxili işlərinə qarışmanın çirkin praktikası davam edir, bu cür müdaxilənin formaları hədə-qorxu, şantaj və rəngli inqilabların təşkili də daxil olmaqla çox müxtəlifdir”, – Lavrov vurğulayıb.
O, həmçinin əlavə edib ki, 2014-cü ildə Ukraynada baş verənlərə bənzər çevriliş sonradan Belarusda da təkrarlanmağa cəhd edilib. Nazirin sözlərinə görə, ABŞ bununla kifayətlənməyi planlaşdırmır və gələn il Rusiyada da analoji işlər görməyə çalışacaqlar.
Şayəstə Hüseynova





