ABŞ hökuməti Rusiyanın “Rosoboroneksport” şirkətinin helikopter layihəsi ilə bağlı tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv edib.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
“Sanksiyaların ləğvi məsələsində onlara (ABŞ) heç nə mane olmadı. Bu layihədə bizim helikopterlərin amerikalılara xidmət göstərməsi üçün Əfqanıstana çatdırılması nəzərdə tutulur. Onlar özlərini çıxılmaz vəziyyətdə qoydular və sanksiyaların bir hissəsini ləğv etməyə məcbur oldular”, – Kabulov bildirib.
Kabulov bildirib ki, sanksiyaların bu hissəsində helikopter hissələrinin göndərilməsi nəzərdə tutulur:
“Sankisayalar tam qaldırılmadan, helikopterlərlə xidmət göstərilə bilməz”.




