Rusiyada ən son qitələrarası ballistik raketlər (ICBM) RS-28 Sarmat yerləşdirməyə demək olar ki, hazırdır. Bu barədə The New York Post yazır.
Bu raketlərin R-36M “Satan” raketini əvəz etmək üçün yaradıldığı vurğulanır. RS-28 ICBM-lərin minimal modifikasiyaya məruz qalmış siloslardan buraxıla biləcəyi qeyd olunur. Bundan əlavə, belə super ağır qitələrarası raket maye yanacaqla işləyir.
Elchi.az xəbər verir ki, Nəşrin məlumatına görə, Rusiya raketi 15 hədəfi vurmaq gücündədir və həmçinin hipersəs yükləri daşıya bilir.
Xatırladaq ki, daha əvvəl Strateji Raket Qüvvələrinin (RVSN) komandanı, general-polkovnik Sergey Karakaev bildirmişdi ki, dünyada yeni “Sarmat” qitələrarası ballistik raketinə qarşı mübarizə apara biləcək hava hücumundan müdafiə sistemi yoxdur. Onun sözlərinə görə, yeni rus raketinin əsas xüsusiyyəti daha bir neçə onilliklər ərzində qorunub saxlanılacaq.
Şayəstə





