ABŞ Rusiyanı qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl sazişindən çıxmaq qərarına dərhal yenidən baxmağa çağırır. Elchi.az “Reuters”a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adam Hodc deyib.
Birləşmiş Ştatlar Rusiya hökumətini dərhal qərarını yenidən nəzərdən keçirməyə çağırır deyən Hodc əlavə edib ki, Moskvanın Qara dəniz təşəbbüsündən çəkilmək qərarı milyonlarla insana zərər verəcək.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Moskvanın taxıl müqaviləsini ləğv etmək qərarı qətidir, Rusiyanın Qara dəniz təşəbbüsü ilə bağlı tələbləri yerinə yetirilmədən əlavə danışıqlar planlaşdırılmır.
Havar Şəfiyeva





