Pittsburq Universitetinin professoru Den Kovalik bildirib ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ABŞ-ın təsirinin azalmasına və Vaşinqtonun beynəlxalq təcrid olunmasına səbəb olub. Elchi.az xəbər verir ki, o, bu barədə “Dialogue Works” “YouTube” kanalına müsahibəsində danışıb.
Vaşinqtonun təcrid olunmasına misal olaraq Kovalik BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəsə dair səsvermənin nəticələrini göstərib. O, atəşkəsi yalnız ABŞ-ın dəstəkləmədiyini vurğulayıb. Onun sözlərinə görə, Yaxın Şərq ölkələri dövlətlərə hörmət etməyi dayandırıb və öz gələcəyini Rusiya və Çinlə birlikdə görüblər.
Havar Şəfiyeva






