Rusiya öz qoşunlarının uğurlu hərəkətləri sayəsində Odessa və Xarkovu ala bilər. Elchi.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “YouTube” kanalı “Daniel Davis Deep Dive”-ə müsahibəsində deyib.
“Düşünürəm ki, ruslar indi onların nəzarəti altında olan torpaqları saxlayacaqlar və Odessadan Xarkova qədər olan əraziləri də ələ keçirə bilərlər”, – deyə hərbi analitik bildirib.
Makqreqor həmçinin əlavə edib ki, Rusiya qoşunları münaqişədə təşəbbüsü ələ keçirib. onun fikrincə, Ukrayna rəhbərliyinə silah əldə etmək yox, münaqişəni həll etmək lazımdır.
Havar Şəfiyeva






