ABŞ Ədliyyə Nazirliyi İsveçrə banklarının rusiyalı sahibkarlarla əlaqələrini yoxlamağa başlayıb.
Elchi.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları hesab edir ki, İsveçrə anti-Rusiya sanksiyalarına kifayət qədər əməl etmir. Bu barədə Bloomberg Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Vaşinqton “İsveçrənin Rusiya Federasiyasına qarşı sanksiyalara əməl etmək üçün kifayət qədər səy göstərməməsindən məyusdur”. ABŞ Ədliyyə Departamenti hesab edir ki, Credit Suisse və UBS-in birləşməsi sanksiyalardan yayınmaq üçün İsveçrə maliyyə institutları ilə rusiyalı sahibkarlar arasında iddia edilən əlaqədən xəbər verir.
ABŞ artıq UBS-dən sanksiyalar siyahısına daxil edilmiş bank müştəri hesabları ilə işləmək barədə məlumat tələb edib. İstintaq hazırda ilkin mərhələdədir və heç vaxt ittiham irəli sürə bilməz.
Şayəstə Hüseynova





