ABŞ Rusiyanın sanksiyalar siyahılarını genişləndirib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, müdafiə sənayesi kompleksi (MSK), energetika və maliyyə sənayesində fəaliyyət göstərən bir sıra şirkətlərə, habelə bəzi sahibkarlara sanksiya tətbiq edilib.
“ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi 150-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edir”, – deyə Blinken qeyd edib.
Sanksiyalara səbəb Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat (SVO) keçirməsidir: “Birləşmiş Ştatlar sanksiyalardan yayınan şəxsləri və qurumları, habelə Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarının gücləndirilməsində iştirak edənləri və Rusiyanın enerji istehsalının genişləndirilməsinə görə məsuliyyət daşıyanları hədəfə alır”, – Blinken bildirib.
Yeganə





