“Amerika Birləşmiş Ştatları (ABŞ) həm Azərbaycan, həm də Ermənistanla fəal şəkildə iş aparır”.
Elchi.az-ın məlumatına görə, bunu Modern.az saytına özəl açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.
Diplomat ABŞ-ın rəsmi Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarını dəstəklədiyini vurğulayıb.
“Amerika iki ölkə arasında sülh müqaviləsini dəstəkləyir. Hər iki tərəflə danışıqlar aparılır”, – deyə səfir vurğulayıb.




