
ABŞ-ın Türkiyədəki səfiri Con Bass Türkiyənin NTV kanalına müsahibəsində uydurma erməni soyqırımının yaxınlaşan 100 illiyi məsələsinə münasibət bildirib. Musavat.com-un məlumatına görə, diplomat aprelin 24-də Amerika prezidenti Barak Obamanın erməni toplumuna ənənəvi müraciətində hansı ifadəni işlədəcəyini söyləməyin çətin olduğunu söyləyib.
“Ancaq onu deyə bilərəm ki, bizim siyasətimiz dəyişməyib: biz inanırıq ki, 1915-ci ildəki qətliam və faciənin səmimi və ədalətli etirafı türk və erməni xalqlarının, həmçinin də həmin illərdə zərər çəkənlərin sonrakı nəsillərinin maraqlarına uyğundur”, – deyə səfir vurğulayıb.
Musavat.com



