"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ səfirinə xüsusi tapşırıq

07 Yanvar 2015 - 09:04
in SİYASƏT

Azərbaycan uğrunda Rusiya-Amerika rəqabəti yeni mərhələdə; Bakının böyük güclər arasında manevr imkanları sürətlə daralır; neft img1717159amilinin zəifləməsi hakimiyyəti Ağ Evə qarşı daha qəzəbli, Vaşinqtonu isə Azərbaycandakı insan haqlarına həssas edib; 2015 “suların durulacağı” il olacaq…

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycan sanki bir “nifaq alması” kimi yavaş-yavaş Rusiya və ABŞ arasında amansız rəqabətin episentrinə gəlməkdədir. Təhlükəlisi odur ki, rəsmi Bakı özü də bu prosesə rəvac vermiş kimi görünür. Bundan da təhlükəlisi isə Azərbaycan uğrunda böyük güclərin informasiya, təbliğat savaşında hansısa məkrli çevrələrin ölkəmizi zorla tərəfə çevirmək səyləridir.

Ötən ilin sonlarından özünü göstərməyə başlayan və güclənən bu təəssürat yeni təqvim ilinin ilk günlərində də öz aktuallığını saxlamaqdadır. Bir şey gerçəkdir ki, Güney Qafqazın, bütövlükdə postsovet məkanının ən həlledici ölkələrindən biri və hətta birincisi kimi Azərbaycan uğrunda Rusiya və ABŞ-ın mübarizəsi keyfiyyətcə yeni fazaya adlamaqdadır.
Bunu ən azı, son 1-2 həftədə Azərbaycana birbaşa bağlı yaşanmış iki olduqca mühüm hadisəyə əsasən söyləmək mümkündür. Söhbət dekabrın 21-də (bazar günü) ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığından və cəmi bir həftə sonra – dekabrın 28-də (yenə bazar günü) Rusiya baş nazirinin müavini, odioz antiqərbçi Dmitri Roqozinin müəmmalı Bakı səfərindən gedir.
Bir müddət gizli saxlanılan hər iki təmas barədə artıq bəzi ekspert rəyləri səslənib. Burda yalnız onu qeyd eləməklə kifayətlənək ki, Roqozinin ziyarəti ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun Bakı ofisinin möhürlənməsi, əməkdaşlarının isə istintaqa cəlb edilməsi ərəfəsinə təsadüf edib.
Söz düşmüşkən, bir neçə gündən sonra Konqres öz işinə başlayacaq. Bu, respublikaçıların qələbəsi ilə bitən aralıq seçkilərdən sonra parlamentin ilk  toplantısı olacaq. Yada salaq ki, indiki Konqres yaxın iki ildə respublikaçıların nəzarətində olacaq. Respublikaçılar isə məşhur senator Con Makkeyn timsalında Rusiyaya, deməli, həm də onun dost-müttəfiqlərinə, Moskvaya loyal olanlara qarşı sərt mövqeyi ilə seçilirlər. İstisna olunmur ki, parlament bu dəfə Vaşinqtondakı Makkeyn İnstitutunun direktoru Devid Kramerin rəsmi Bakıya təcili sanksiya tətbiq eləmək çağırışını da ciddiyə alsın…
***
Məhz belə qəliz və ziddiyyətli proseslərin fonunda Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri Robert Sekuta Bakıya gəlməyə hazırlaşır. Vəziyyətin özəlliyi ondadır ki, ABŞ-Azərbaycan münasibətlərinin yeni səfirin gəlişinə təsadüf edən hazırkı durumu onun sələfi Riçard Morninqstarın geri çağırıldığı dövrdəkindən bir az da qəliz, bir az da soyuq xarakter daşıyır.
Bəzi məlumatlara görə, situasiyanın bu həddə çatmasında, yaxud qızışdırılmasında Rusiya və onun Azərbaycandakı “5-ci kolon”çularının, məxsusən də hakimiyyətdəki odioz rusiyayönlülərin ciddi xidməti var. Digər versiyaya görə isə rəsmi Bakını Amerikaya qarşı qəzəbli və qıcıqlı edən, paralel surətdə Rusiya ilə “həmdərdə” çevirən neftin kəskin  ucuzlaşmasıdır.
Hamı bilir ki, bu ucuzlaşmada Vaşinqton əsas rol oynayır, hətta belə bir ssenari ilə ABŞ-ın avtoritar rejimlərə dərs vermək, onların maddi dayaqlarını əsaslı şəkildə sarsıtmaq niyyəti güddüyü iddia olunur. Təsadüfi deyil ki, Ağ Evin bu ölkələrdə, o sırada Azərbaycanda təməl insan haqlarının durumuna diqqəti artırması müşahidə edilir.
AzadlıqRadiosunun Bakı ofisinin bağlanmasından sonra bu məsələ indi tək Obama hökuməti üçün deyil, artıq ABŞ Konqresi üçün də bir imic, sifəti qoruma məsələsi kimi görünür. Bu və digər amilləri nəzərə alsaq, ehtimal eləmək olar ki, yeni səfir Bakıya Vaşinqtonun məxsusi mesajları, yaxud tapşırıqları ilə gələcək.
***
Son qənaəti möhkəmləndirən daha bir ştrix: ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu Azərbaycandakı durumu müzakirəyə çıxarmaq üçün yanvarın 12-də xüsusi tədbir təyin edib. Məruzəçilər sırasında isə dövlət katibinin müavininin köməkçisi, Azərbaycan iqtidarına qarşı sərt mövqeyi ilə seçilən və bir neçə dəfə Bakıya buraxılmadığı haqda xəbərlər yayılan Tomas Melia da var…
P.S. Yazıdakı qeydlərlə bağlı Birləşmiş Ştatların Bakıdakı səfirliyinin mövqeyini öyrənmək istədik. Lakin Yeni il tətili ilə əlaqədar diplomatik nümayəndəlikdən münasibət ala bilmədik. (Musavat.com)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lənətlənmiş prezidentlər

Next Post

Əyyaşlar Kadırovun iqamətgahında – Video

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Əyyaşlar Kadırovun iqamətgahında - Video

“Ermənistan 4 yerdən idarə olunur”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.