Ağ Ev bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyası Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək görüşün real nəticə əldə edəcəyini gözləmir.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Bundan əvvəl bildirilmişdi ki, bu həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiyanın dəvəti olmadan 30 ölkə nümayəndəsinin görüşü keçiriləcək və orada Ukraynanın sülh planı əsasında münaqişənin sülh yolu ilə nizamlanması məsələsinə baxılacaq.
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib: “Mən bundan real nəticə çıxacağını gözləməzdim”.
Kirbi qeyd edib ki, Vaşinqton bu görüşü Ukraynanın sülh formulunu beynəlxalq aləmdə yaymaq üçün fürsət hesab edir.
Yeganə




