ABŞ Senatı administrasiyanın Ukrayna və İsrailə yardım tələbi ilə bağlı gizli brifinq keçirib. Elchi.az “Fox News”-ə istinadən xəbər verir ki, bu barədə konqres müxbiri Çad Perqram bu barədə “X” sosial şəbəkəsində məlumat verir.
Jurnalistin sözlərinə görə, görüşdə demokratlarla respublikaçıların nümayəndələri arasında gərginlik yaşanıb. Müzakirələr partiya nümayəndələri arasında qalmaqal həddinə çatıb. Perqram deyir ki, bir çox respublikaçı Ukraynaya başqa bir yardım paketini təsdiqləməkdən çəkinir.
Bundan əlavə, Konqresin yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumer respublikaçı senatoru generala qışqırmaqda ittiham edib. Lakin Perqram senatorun özünün adını dəqiqləşdirmir. Hətta bəzi respublikaçıların etiraz əlaməti olaraq iclası tərk etdiyi iddia edilir.
Bundan əvvəl məlum olub ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ senatorları qarşısında keçirdiyi brifinqdə videobağlantı vasitəsilə çıxışını qəfil ləğv edib.
Havar Şəfiyeva






