“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatın arxasında Ukrayna dayanır. Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib. Elchi.az xəbər verir ki, açıqlamanın videoyazısı “Telegram”da yer alıb.
Qeyd olunur ki, Kissincerə zəng Ukrayna prezidenti Vladimir Zelenskinin adından edilib. Sabiq dövlət katibindən soruşublar ki, onun fikrincə, qaz kəmərlərində baş verən partlayışların arxasında kim dayanır. “Düzünü desəm, sən olduğunu düşündüm. Amma buna görə səni qınamadım. Bunun bir tənqid olduğunu söyləməzdim” – deyə Amerikalı siyasətçi qeyd edib.
Bundan əvvəl ABŞ hökuməti “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatdan sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə və onun komandasına iddialarını bildirib. Qaz kəmərlərində baş verən partlayışların, eləcə də 2023-cü il mayın 3-də Kremlə pilotsuz təyyarə hücumunun arxasında Ukrayna xüsusi xidmət orqanlarının ola biləcəyi bildirilir.
Havar Şəfiyeva




