ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Haseke əyalətindəki bazalara təxminən 100 maşından ibarət hərbi və logistika gücləndirmə karvanı göndərib.
Elchi.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, dünən İraq və Suriya arasındakı əl-Valid sərhəd-keçid məntəqəsindən ABŞ qüvvələrinin iki karvanı Həsəkəyə daxil olub.
Təxminən 100 avtomobildən ibarət iki karvan ABŞ qüvvələrinin Haseke çölündə terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Şeddadi, Rumeylan və Tel Beyder yaşayış məntəqələrindəki bazalarına çatıb.
Havadan vertolyotlarla qorunan konvoylarda zirehli texnika, yanacaq tankerləri və çoxlu sursat yüklü maşınlar olub.
Şayəstə Hüseynova





