ABŞ Senatda Ukraynaya yardımla bağlı səsvermə ərəfəsində ölkənin Venesuela ilə Essequibo bölgəsinin mülkiyyəti ilə bağlı ərazi mübahisəsi səbəbindən Qayanaya hərbi yardımın həcmini təcili olaraq artıracaq. Elchi.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Nəşr xəbər verir ki, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin baş müavini Con Fayner və Qərbi Yarımkürə məsələləri üzrə baş direktor Xuan Qonzales ölkənin müdafiə qabiliyyətinin təkmilləşdirilməsi ilə bağlı Qayana hakimiyyəti ilə görüşüblər.
“Bu əməkdaşlıq, ilk növbədə, müdafiə xarakterlidir və Qayananın ərazi bütövlüyünü hər hansı mümkün təhdidlərdən müdafiə etmək istəyimizə əsaslanır” – deyə Fayner bildirib.
O, həmçinin əlavə edib ki, Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronun sözlərinə işarə edərək, dövlətlərin başqa ölkəyə qarşı güc tətbiqi ilə bağlı təhdidləri və istənilən bəyanatını pisləyir.
Havar Şəfiyeva






