ABŞ və Ukrayna hərbçiləri Rusiya hava məkanında iyulun 19-dan 24-nə qədər müşahidə uçuşu həyata keçirəcəklər.
Bu barədə Rusiya müdafiə nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, uçuş “Açıq səma” sazişi çərçivəsində reallaşacaq.
OC135B nəzarət təyyarəsi ilə uçuş zamanı göyərtədə rusiyalı mütəxəssislər də olacaq.
Qeyd edək ki. iyunun 18-i və iyulun 3-də Rusiya ABŞ səmasında Tu-154M Lk-1 təyyarəsi ilə müşahidə aparacaq.




