Seçkilərin nəticələrinin təsdiqinə mane olmaq cəhdlərində ittiham olunan ABŞ-ın keçmiş prezidenti Donald Trampın 6 ortağı olub. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi prokuroru Cek Smitin ofisi bildirib.
Sənədlərdə göstərildiyi kimi onların bəziləri vəkil olub. İştirakçıların adları açıqlanmır.
Qeyd edək ki, bundan əvvəl məhkəmə keçmiş prezident Trampa qarşı 4 maddə, o cümlədən aldatmaq üçün sui-qəsd və rəsmi prosedurlara müdaxilə etmək üzrə yeni ittihamlar irəli sürüb.
Havar Şəfiyeva





