ABŞ-da irqçilik tarixində “qara ləkə” olaraq xatırlanan 1921-ci ildə Tulsa qətliamında yaxınlarını itirənlərin qurduğu Qrinvud Ədaləti Vəqfinin prezidenti Damario Solomon-Simmons, ağrıya əhəmiyyət verilmədiyini söylədi.
Elchi.az xəbər verir ki, Simmons Oklahoma ştatının Tulsa şəhərində yüzlərlə qaradərilinin öldürüldüyü qətliamı və ölkədə qaradərililərə qarşı ayrı-seçkiliyi dəyərləndirib.
1921-ci il mayın 31-də gecə saatlarında başlayan və ertəsi günə qədər davam edən qırğının Tulsanın Qrinvud qəsəbəsində yaşandığını xatırladan Simmons, dövrün ən zəngin qaradərili icmasının qəsəbədə yaşadığını bildirib.
Qrinvudun ABŞ-ın maliyyə mərkəzi Wall Street-ə istinad edərək “Qara Uoll Strit” adlandırıldığını ifadə edən Simmons, “Başqa şəhərlərdəki ağ üstünlükçülər Qrinvuddakı qaradərililərin varlanmasını istəmirdilər və zəncilərin zənginləşməsindən əvvəl bölgədə böyük gərginlik yaşanırdı. “Müxtəlif bəhanələrlə qaradərililərə hücum etməyə cəhd edən ağdərililər, qaradərili şəxsin ağdərili qadına sataşdığını iddia edərək, qırğın törədiblər” dedi.
Şayəstə Hüseynova





