"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-Türkiyə münasibətləri müharibə həddinə çatdı — Kerridən Ankaraya şok…

18 Sentyabr 2014 - 16:41
in DÜNYA

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Avropa.info xəbər verir ki, ABŞ-ın İŞİD-ə qarşı  təşkil etmək istədiyi koalisiyaya  rəsmi Ankaranın qoşulmaqdan  imtina etməsi, onsuz da son illər münasibətləri gərgin olan bu iki ölkənin  açıq şəkildə ittiham dili ilə danışmalarına rəvac verib.
kerri2Qeyd edək ki, ilk olaraq  ABŞ tərəfindən başlanan və Ağ Evə yaxın medianın qoşulduğu anti — Türkiyə kampaniyası hazırda qarşılıqlı olaraq söz duelinə çevrilib.
Türkiyənin ABŞ-a dəstək verməməsindən sonra, toplanan  ABŞ  Senatının Nümayəndələr Palatasının  Xarici Əlaqələr Komitəsində  rəsmi Ankaranın mövqeyinə  sərt və təhqiramiz  şəkildə qarşılıq verilib. Toplantıda çıxış edən konqresmenlər Türkiyənin aşkar şəkildə  Suriyada  «Nüsrət Cəbhəsi»,  «Ahrarus  Şam», Fələstində «Həmas»a , Misirdə  isə «Müsəlman Qardaşları»na dəstək verdiyini  bildiriblər.
Bundan sonra  isə,  ABŞ-ın nüfuzlu «New York Times»  qəzeti,  ingilis və alman mətbuatının ardından , Türkiyənin İŞİD-ə dəstək verdiyini iddia edib.
ABŞ-ın  nüfuzlu  «New York Times» qəzeti  sensasion iddia ilə çıxış edərək, Ankaranın Hacıbayram məhəlləsində İŞİD-in ofisi olduğunu və təşkilatlanmanın məhz bu ofisdən idarə edildiyi bildirib.
Xəbərdə prezident  Tayyib  Ərdoğan  və baş nazir Davudoğlunun  Ankaradakı  Hacı Bayram Vəli  məscidindən çıxarkən çəkilmiş fotoları  yer almışdı. Amma, bu fotonun İŞİD məsələsinə nə aidiyyətinin olduğu açıqlanmamışdı.
Türkiyəli ekspertlərin  isə, bu fotonu  ABŞ mətbuatındakı  İslamafobiyanın təzahürü adlandırmışdılar.
Məsələyə dünən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sərt şəkildə qarşılıq verib. Ərdoğan Türkiyənin uzun illər boyu terrora məruz qaldığını və bəzi Qərb dövlətlərinin terrorçulara dəstək verdiyini deyib. Türkiyə prezidenti dolayısı ilə ABŞ-ın və Qərb dövlətlərinin PKK-ya dəstək verdiyini qeyd edib.
Xatırladaq ki, hazırda Yaxın Şərqdə  İŞİD-lə  savaşan PKK-ya  Almaniya başda olmaqla bir çox Qərb dövlətləri  dəstək verdiklərini rəsmən etiraf ediblər. Müşahidəçilərin fikirincə, Rəcəb Tayyib Qərb dövlətlərinin terrora qarşı dəstək verdiyini  iddia edərkən məhz bu amili nəzərdə tutub. Rəsmi Ankara  sonrakı dövürlərdə PKK-nın əlində olan həmin silahların, Türkiyəyə qarşı çevrilməsindən narahatdır.
Türkiyə prezidenti  həmçinin, «New York Times» qəzetini «alçaq və ədəbsiz» adlandırıb.
Rəcəb Tayyibin açıqlamasının həmən ardından ABŞ  Dövlət katibi Con Kerri  Türkiyəni hədəfə götürən sensasion iddialarla çıxış edib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsində senatorların suallarını cavablandıran Kerri, Türkiyəni  İŞİD-in neft  satışına  vasitəçilik etdiyini deyib. Kerri eyni zamanda Rusiya , İran  və Çinin İŞİD-ə qarşı olduğunu deyib.
«İŞİD  neft  biznesini  Suriya ilə  sərhədi olan ölkələrlə  qurub. Bu o deməkdir ki, həmin ölkələr Türkiyə və Livandır. Türkiyənin  49 vətəndaşı İŞİD-in əlindədir. Bunu mətbuat önündə də danışmaqdadırlar.»
Qeyd edək ki, Türkiyə  İŞİD-in əlində 49 konsulunun olduğunu əsas gətirərək, ABŞ-ın Yaxın Şərqdəki  koalisiyasına qoşulmaqdan imtina edib.
Türkiyədəki fikir adamları isə, ABŞ-ın İŞİD bəhanəsi ilə Yaxın Şərqi yenidən işğal etmək istədiyi və rəsmi Ankaranın bu planlara qarşı olduğunu bildirirlər. Həmçinin , Türkiyənin  İŞİD-ə qarşı döyüşən Bərzani, PKK, İraq hakimiyyəti gücləri ilə bir yerdə olmaq istəmədiyi də qeyd edilir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çanaq antenaların yayımı dayandırıldı

Next Post

Hərbi hissədə zabit əsgərin ləyaqətini alçaldıb

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Hərbi hissədə zabit əsgərin ləyaqətini alçaldıb

İŞİD təşəbbüsü ələ alıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.