"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarını alqışlayır

28 İyul 2015 - 10:13
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarını alqışlayır

Ağ Ev Milli Təhıükəsizlik müşaviri Ben Rhodes deyir ki, Birləşmiş Ştatlar Türkiyənin İslam Dövləti qrupuna qarşı həyata keçirdiyi hava hücumlarını alqışlayır və Ankaranın PKK-nın terrorist təşkilatı olması barədə rəyini dəstəkləyir.
Türkiyənin terrorist hədəflərinə qarşı tədbir görməyə haqqı var və biz İŞİD-ə qarşı mübarizəni alqışlayırıq.
ABŞ Milli Təhlükəsizlik rəsmisi Ben Rhodes
“Biz bu mübarizədə iştirak edən müttəfiqlərimizi birgə çalışmağa çağırırıq. Bizim regiondakı Kürd hökuməti ilə yaxşı əlaqələrimiz var və bu təmaslar açıq qalır. Türkiyənin terrorist hədəflərinə qarşı tədbir görməyə haqqı var və biz İŞİD-ə qarşı mübarizəni alqışlayırıq. Biz onlarla əlaqə saxlamağa davam edəcəyik,” deyə cənab Rhodes bildirib.
Rhodes deyir ki, Türkiyənin həyata keçirdiyi əməliyyat İslam Dövləti qrupunu zəiflətmək üçün geniş və daha effektli ola bilər. Lakin o, əlavə edir ki, onlar bu hədəfə çatmaq üçün digər müttəfiqlərlə də işləməyə davam edəcəklər. Birləşmiş Ştatlar bazar günü Suriya və İraqda 30-dan çox hava hücumu həyata keçirib.
Vaşinqton bildirir ki, Türkiyənin müdaxiləsi davamlı müzakirələrin nəticəsidir. Bununla yanaşı Türkiyənin Suruç qəsəbəsində 32 insanın ölümünə səbəb olan hücum və iki Türkiyə təhlükəsiz qüvvəsi əsgərinin öldürülməsi əməliyyatların həyata keçirilməsinə başlıca səbəblər olub.
Lakin Türkiyə üç təhlükəsizlik qüvvəsinin ölümü, sakinlərin və rəsmilərin qaçırılmasına görə PKK-nı günahlandırır. Ankaranın PKK-ya qarşı hava hücumları üç il davam edən sülh razılaşmasını təhlükə altına qoyub. PKK artıq atəşkəsin bitdiyini hesab edir.
Prezidentin İslam Dövləti qrupuna qarşı mübarizədə koalisiyanın xüsusi elçisi Brett McGurk bazar günü Twitter hesabından yayımladığı mesajda bildirib ki, Türkiyənin PKK-ya qarşı hava hücumları ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq arasında heç bir bağlantı yoxdur. Lakin San Fransisko Universitetinin region üzrə təhlilçisi Stefen Zunes bildirir ki, Türkiyənin İslam Dövləti qrupuna qarşı hücumları məsələləri çətinləşdirir:
“PKK və onların Suriyada yerləşən PYG–YPG müttəfiqi İŞİD-ə qarşı mübarizədə ən effektiv döyüşçülər olub. Beləliklə ABŞ-ın silahlandırdığı türklər İŞİD-lə mübarizədə ABŞ-la müttəfiq olan kürd qüvvələrini bombalayır. Bu, regionda başqa bir dəhşətli problemin yaranmasına gətirib çıxaracaq.”
Zunes və ABŞ-ın İraqdakı sabiq səfiri James Jeffries bunun həmçinin Türkiyənin daxili siyasəti ilə əlaqəli olduğuna inanır. Jeffries deyir ki, prezident Rəcəp Tayyip Ərdoğan iyun ayında keçirilən parlament seçkilərində uduzan Ədalət və İnkişaf Partiyasının dəstəyini gücləndirmək üçün bu siyasətdən yararlanır.
O ölkədə fövqalada vəziyyət yaradıb yenidən seçkiyə getmək istəyir.
James Jeffries: “O, bir neçə ay içərisində yeni seçkilərin keçiriləcəyinə ümid edir. Beləliklə yeni seçkilərə gedərək, səs çoxluğunu yenidən qazanmaq istəyir. O, ölkədə fövqəladə vəziyyət yaradıb yenidən seçkiyə getmək istəyir.”
Təhlilçi deyir ki, o, bölgədə böyük ölçüdə Türkiyə ordusunun əməliyyatlarının baş verəcəyini gözləmir. İŞİD-ə qarşı hava hücumları, ABŞ-ın başçılıq etdiyi koalisiyaya Türkiyənin hərbi hava bazasını istifadə etməyə icazə verilməsi, sərhəddə güclü nəzarətin tətbiq olunması İslam Dövləti qrupuna qoşulmaq istəyənlərin sayını azaldacaq, pul və silah keçişinin qarşısını almaqda təsirli olacaq.
Türkiyə mediası xəbər verir ki, Ankara ABŞ-la Suriyanın şimalında uçuşa qadağa zonası tətbiq olunması razılaşmasını təminat altına alıb. Jeffries deyir ki, bəlkə buna görədir ki, cənab Ərdoğan ABŞ koalisiya qüvvələrinə Türkiyə hərbi bazadan istifadə etməyə icazə verib.
Türkiyə bildirib ki, baş verən hadisələr Türkiyə-Suriya sərhədində təhlükəsiz zona yaratmağın, İŞİD və Əsəd rejiminə qarşı döyüşən Azad Suriya Ordusu və digər qruplara dəstəyin vacibliyini bir daha təsdiqləyir (“Amerikanın səsi”).
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nemtsovun qətlində yenilik – “Çeçen izi” genişlənir

Next Post

Moskvadan Bakıya uçan aviareyslər təxirə salındı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Moskvadan Bakıya uçan aviareyslər təxirə salındı

İlkər Başbuğ: "İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.