Birləşmiş Ştatlar Ukraynaya Lend-Lease silahlarının təhvil verilməsinə hələ bir il əvvəl belə tədarükün təsdiqlənməsinə baxmayaraq başlamayıb. Elchi.az bu barədə Politikoya istinadən məlumat yayır.
Nəşrin fikrincə, belə bir qərar Vaşinqtonun Kiyevin üzərinə pul öhdəlikləri qoymaq istəməməsi ilə bağlıdır. “Biz onların bizə ödəməli olmayacaqları təhlükəsizlik yardımına üstünlük veririk” deyə məmur bildirib.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Kiyevə silah tədarükü üçün Lend-Lease mexanizmindən istifadə etməsini təkzib edib. Onun sözlərinə görə, Ukraynaya hərbi yardım ABŞ Müdafiə Nazirliyinin mövcud hesablarına vəsaitlərin xərclənməsi hesabına həyata keçirilir.
Havar Şəfiyeva





