Ukrayna Respublika Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin azalması və geri çəkilmək zərurəti ilə əlaqədar Xarkov, Odessa, Dnepropetrovsk və Nikolayevi itirə bilər. Elchi.az xəbər verir ki, bunu eyniadlı “YouTube” kanalında Qarland Niksonla müsahibəsində ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.
“Ukrayna ordusu dağılır. Tezliklə Dneprə çəkilməyə qərar verməli olacaq. Bu, Rusiyanın Xarkov, Dnepropetrovsk və Nikolayevi azad etməsi prosesini sürətləndirəcək”, – deyə hərbi analitik qeyd edib.
Ritter əlavə edib ki, o, Rusiyanın döyüş planı ilə tanış deyil. Bununla belə, o vurğulayıb ki, Odessanın ələ keçirilməsi Krımı Ukrayna Silahlı Qüvvələrinin hücumlarından qorumağa imkan verəcək.
Havar Şəfiyeva






