ABŞ viste prezidenti Co Baden Ukraynaya səfərə gəlib. Maraqlıdır, Co Badenin məlum səfərində məqsəd nə ola bilər?
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədovun sözlərinə görə, ABŞ Ukraynada yeni bir Maydan hərəkatı yarada bilər:
“Rəsmi Kiyev əgər ölkədə ciddi iqtisadi və siyasi islahatlara getməzsə, Qərb və Avropa yeni bir Maydan üçün yaşıl işıq yandırmalı olacaq. Amerika vitse prezidenti Co Baydenin Ukraynaya səfərinin əsas məqsədi Kiyevin bu gün düşdüyü çətin durumla bağlıdır. ABŞ Ukraynada növbəti inqilaba start verə bilər. Səfər Ukrayna hökümətinin yaxın illərdə davam etmə və ya getmə məsələsini həll edəcək. Amerika və Avropa haqlı olaraq Ukrayna hökümətinin yürütdüyü siyasətdən narahat və narazıdır. İnqlabdan sonra hakimiyyətə gələn yeni hökümət istər xalqın, istərsə də Qərbin gözləntilərini tam olaraq doğrultmadı. Bu gün gəlinən nöqtə odur ki,daxildə artıq rus sevgisi getdikcə artmaqdadır. Səbəb isə demokrat adı ilə hakimiyyətə gələn yeni hökümətin əslində diktaturadan hec bir fərqi olmamasıdır. Korrupsiya və rüşvət demək olar ki, bütün sturkturlarda olduğu kimi qalır. Bürokratik əngəllərin olması isə xarici investorların ölkəyə gəlişinin qarşısını alır. Rəsmi Kiyev korrupsiya ilə mübarizə apardığını vizyon olaraq yaratsa da, əslində Yanukoviç dönəmindən qalan şəxsləri həbs edir. Onların yerinə isə öz şəxslərini hakim dairələrə təyin edərək eyni korrupsiya prosesini davam etdirirlər. Əslində Baydenin Ukraynaya səfəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) son altı ayda hazırladığı hesabatı Ağ Evə təqdim etməsindən sonra qərara alındı. MKİ-nin (CİA) bu hesabatının adı Avropa Təhlükədə ( Europe is in danger ) adlanır. Hesabata bu adın verilməsinin əsas səbəbi isə Ukrayna hökümətinin yanlış daxili siyasəti nəticəsində Rusiya təhlükəsinin artmasıdır. Hesabatın əsas hissəsi isə ondan ibarətdir ki, Ukrayna mərkəzləşmiş höküməti ilə regionların bir-biriylə koordinasiyalı fəaliyyətin olmamasıdır. Odessa vilayətində rüşvətxorluq və korrpusiya ilə bağlı aparılan mübarizə hələ ki, demək olar nəticəsiz qalır. Səbəb isə rəsmi Kiyevin vilayətlərə yaratdığı bürokratik əngəllərdir”.




