Vaşinqton üçün Ukrayna böyük sərmayə qoyduğu resursdur.
Elchi.az xəbər verir ki, “Mysl Polska” nəşri bəyan edib ki, Vaşinqton Ukraynadan yalnız Rusiyanı zəiflətmək üçün bir vasitə kimi istifadə edir.
“Amerikalılar zaman-zaman bu münaqişədən nə gözlədiklərini açıqlayırlar – Rusiyanı sınaqdan keçirmək, zəiflətmək. Onlar üçün Ukrayna külli miqdarda sərmayə qoyduqları resursdur və məqsədə xidmət etdikcə ondan istifadə edəcəklər”, – məqalə müəllifləri bildirib.
Məqalədə həmçinin qeyd edilir ki, Vaşinqton münaqişəni genişləndirməyə və birbaşa iştirak etməyə can atmır, çünki özü də Çin qarşısında böyük təhlükə ilə üz-üzədir. Məqalə müəlliflərinin fikrincə, nə qədər ki, Ukrayna Rusiyanı cilovlamaq funksiyasının öhdəsindən gələcək, müttəfiqlər ağır itkilərə baxmayaraq, aktiv döyüş əməliyyatlarına töhfə verməkdə davam edəcəklər.
Nuranə Məmmədova




