ABŞ Ukraynadan NATO-ya daxil olmaq üçün demokratik və təhlükəsizlik sektorunda islahatlar aparacağını gözləyir. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Amanda Sloat deyib.
“Ukrayna hələ demokratik və təhlükəsizlik sektorunda əlavə islahatlar aparmalıdır” deyə o bildirib.
Sloatın sözlərinə görə, ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirib ki, Vaşinqton Kiyevin buna nail ola biləcəyinə əmindir.
Havar Şəfiyeva





