ABŞ prezidentinin keçmiş müşavirinin sözlərinə görə, Vaşinqton Kiyevi Moskva ilə danışıqlara sövq edir.
Elchi.az xəbər verir ki, Vaşinqton Kiyevin qələbəsinə inamını tamamilə itirib, ona görə də Ukraynanı Rusiya ilə danışıqlara sövq edir. Bu barədə ABŞ prezidenti Ronald Reyqanın keçmiş müşaviri Duq Bandou “The American Conservative” üçün məqaləsində yazıb.
Onun sözlərinə görə, Ağ Ev “açıqcası Ukraynanın qələbəsi ilə bağlı düşüncələrdən əl çəkib”.
“Əvəzində Vaşinqton hesab edir ki, hər iki tərəf danışıqlar aparmalıdır”, o yazıb.
Bandou qeyd edir ki, Vaşinqtonun Kiyevlə bağlı bəyanatları xeyli dəyişib. Beləliklə, hərbi əməliyyatların əvvəlində ABŞ Krımın ələ keçirilməsindən və Rusiyanın məğlubiyyətindən danışırdı və indi onlar münaqişənin diplomatik həllinə işarə edirlər, Amerika prezidentinin keçmiş müşaviri qeyd edir.
“Donbas və Krımı qaytarın. Moskvanı tərksilah edin…Rusiyanı sındırın. Lakin indi müttəfiqlərin məqsədi daha çox Kiyevi danışıqlara hazırlamaqdır”, – məqalədə deyilir.
Şayəstə Hüseynova





