Bolqarıstan Rusiya ilə münaqişəyə girərsə, Ukrayna ilə eyni aqibətlə üzləşəcək, deyə keçmiş amerikalı kəşfiyyatçı Scott Ritter xəbərdarlıq edib. Elchi.az xəbər verir ki, o, bu fikri jurnalist Martin Karbovskiyə müsahibəsində bölüşüb.
Eyni zamanda, o, mümkün qarşıdurmanın Bolqarıstan tərəfinin məğlubiyyəti ilə yekunlaşacağına əmindir. Keçmiş kəşfiyyatçının sözlərinə görə, rus qoşunları qismən yaxşı hazırlıq sayəsində indi planetin ən döyüşə hazırdır. “Hər bir ordunun əsas cəhəti onun təfəkkürü, qələbə düşüncəsidir. Rusiya silahlı qüvvələri qələbənin dadını bilir, qalib gəlməyi də bilirlər”.
Havar Şəfiyeva






