ABŞ hava şəraiti yaxşılaşdıqca Ukrayna qüvvələrinin döyüş sürətini saxlamasını istəyir.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.
“Biz düşünürük ki, hava şəraiti yaxşılaşdıqda ruslar tempi artırmaq istəyəcək. Biz əmin olmaq istəyirik ki, ukraynalılar nəinki eyni vəziyyətdə qalacaqlar, həm də özlərini göstərmək imkanı əldə edəcəklər”, – Kirbi bildirib.
O əlavə edib ki, Ukraynaya söz verilən ABŞ tanklarının mənzil başına çatması üçün aylar lazım olacaq.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...




