ABŞ Beynəlxalq İnkişaf Agentliyi taxılın Dunay limanlarına daşınması üçün Ukraynaya 50 vaqon təhvil verib. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu həftə “USAID” vasitəsilə biz taxılın Dunay limanlarına daşınmasına kömək etmək üçün Ukraynanın “Nibulon” şirkətinə 50 taxıl vaqonu təhvil verdik, oradan dünya bazarlarına göndəriləcək”. Bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib ki, Moskva və tərəfdaşları Ukrayna ərzaq məhsullarının ehtiyacı olan ölkələrə çatdırılması üçün taxıl müqaviləsinə alternativlər üzərində işləyirlər.
Havar Şəfiyeva






