Vaşinqton Ukraynaya Abrams tankları üçün tükənmiş uran mərmiləri verəcək.
Elchi.az xəbər verir ki, müvafiq bəyanat Pentaqonun saytında dərc olunub.
Mətndə qeyd olunur ki, mərmilərin ötürülməsi Ukraynaya yeni hərbi yardım paketinə daxil ediləcək.
“175 milyon dollar dəyərində olan bu paketə daxildir: … Abrams tankları üçün 120 mm-lik tükənmiş uran mərmiləri”, – məlumatda deyilir.
Nuranə Məmmədova





