ABŞ-ın Ukraynaya müharibə səylərinə kömək etmək üçün daha 5,4 milyard dolları var. Elchi.az xəbər verir ki, Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi RİA Novosti ilə söhbətində pulun yerdə qalan məbləğini açıqlayıb.
Onun sözlərinə görə, bu vəsait Ukraynaya mövcud ehtiyatlardan silah və texnika göndərmək üçün kifayətdir. Bundan əlavə, ABŞ-ın hərbi ehtiyatını artırmaq üçün Konqres tərəfindən keçmişdə təsdiq edilmiş 25,9 milyard dollardan cəmi 1,6 milyard dollar qalıb.
Bundan əvvəl Ağ Evin sözçüsü Karine Jean-Pierre bildirib ki, ABŞ tezliklə Ukraynaya daha bir hərbi yardım paketi, o cümlədən silah və sursatlar təqdim edəcək.
Havar Şəfiyeva




