ABŞ dövlət katibi Entoni Blinken Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı ona Vaşinqtonun Kiyevi dəstəkləməyə davam edəcəyinə söz verib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, tərəflərin görüşü Davosda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində baş tutub.
“Biz Ukraynaya dəstəyi davam etdirmək əzmindəyik və Kiyevə yeni yardım paketi üzərində razılığa gəlmək üçün Konqreslə sıx işləyirik”,-deyə Blinken Qərb mediasına istinadla bildirib.
Bundan əlavə, Zelenski ilə danışıqlar zamanı Blinken ABŞ-ın avropalı müttəfiqlərinin eyni mövqedən çıxış etdiyini – Ukraynanı dəstəkləməyə davam etdiyini vurğulayıb.
Yeganə






