Ukraynaya təchizat hesabına ABŞ-ın “Patriot” zenit-raket kompleksləri və artilleriya mərmiləri tükənib. Elchi.az xəbər verir ki, bu barədə amerikalı biznesmen və investor Devid Saks “X” sosial şəbəkəsində bildirib.
“Biz Patriotlardan və artilleriya mərmilərindən qurtardıq. Bu, proqnozlaşdırıla bilən idi”,- deyə o yazıb.
Sachs əlavə edib ki, “ATACMS” raketləri və Tomaqavk qanadlı raketləri Kiyevə təhvil verilsə, biz də onlardan qurtaracağıq.
Qeyd edək ki, bundan əvvəl Almaniya Bundestaqının bir neçə partiyadan olan deputatları yenidən Almaniya kansleri Olaf Şolzdan Rusiyadakı hədəfləri vurmaq üçün “Taurus” qanadlı raketlərini Ukraynaya ötürməyə çağırıblar.
Havar Şəfiyeva






